Rusiya dünya çempionatına hazırdırmı…

01.12.2017 - 17:21

Qərbdə buna bir o qədər də əmin deyillər

Bu gün futbol üzrə dünya çempionatının final mərhələsinin püşkü atılır.

Dünya futbolunun ən önəmli hadisəsi Rusiyanın 12 müxtəlif şəhərində keçiriləcək. Lakin FİFA rəsmiləri stadionların, turustik məkanların, otellərin, yolların, nəqliyyat sisteminin hazırlıq səviyyəsindən razı deyillər.

Bununla bağlı Qərb mətbuatında hər gün müxtəlif yazılar dərc olunur

Almaniyanın “Frankfurter Rundschau” qəzeti çempionat zamanı futbol azarkeşlərinin əsl yol çiləsi çəkəcəyini proqnozlaşdırıb.

“Rusiyada hərəkət etmək DÇ-nin bütün iştirakıçıları üçün əsl məşəqqətə çevriləcək. Azarkeşlər nəticəsi bəlli olmayan macəralara hazır olmalıdırlar”, – müxbir Frank Hellmann yazır.

Hellmanın müşahidələrində gözünə dəyən ilk şey şəhərlərdə əsasən əfsanəvi qapıçı Lev Yaşinin təsvir olunduğu ağ-qara plakatların çoxluğudur. Bu plakatlarda Rusiya futbolunun bir vaxtlar qazandığı uğurlardan, habelə ölkənin kosmosu fəth etməsindən (?!) danışılır.

Картинки по запросу чм-2018 Лев яшин плакаты

“Görünür Yaşinin özünün iştirak etdiyi çempionatların plakatları da elə beləymiş. Bu həm də DÇ-2018-in müasir şərtlər daxilində keçməyəcəyinin də bir nişanəsidir”. Bu boyda ölkə daxilində səyahət etmək həm məkana həm də zamana alışmaq baxımından böyük səy tələb edir”,- müxbir qeyd edir.

Yazıda oyunlar keçirilən şəhərlər arasında məsafənin ən azı 500 km olduğu və Rusiya qatarları ilə bu məsafənin 8-9 saat gedilə bildiyi vurğulanır. Bundan başqa Rusiya qatarlarındakı sanitariyanın bərbad vəziyyəti və vaxtında gələ bilməmək “xasiyyəti” ilə məşhur olduğunu da nəzərə almaq lazımdır.

Картинки по запросу российские поезда ЧМ-2018

“Qəbul edən ölkənin öz qanunları var. Fyodor Tyutçevin sözləri ilə ifadə edilsə “Rusiyanı ağılla dərk etmək mümkün deyil”, Frank Helmann yazır.

Müxbir hazırda Nyu-York, London v Frankfurtda yaşayan rusların öz vətənlərini utana-utana xaricilərə anlatdıqların yazır. “Onların bir çoxu çempionat keçirilən iki şəhər- Samara və Kazan arasında bu vaxta qədər aviauçuşlar həyata keçirilmədiyini hələ izah edə bilmirlər. Bundan başqa ölkənin iki böyük şəhəri Moskva və Sankt-Peterburq arasında çoxlu dayanacağa malik absurd dəmir yol reyslərini də anlada bilən və başa düşən azdır”.

11 şəhəri bir-birilə bağlayan hansısa nəqliyyat infrastrukturu isə demək olar yox dərəcəsindədir.

“Hələ şükür edək ki, turnir Sibir çöllərində keçirilmir. Lakin Rusiya onsuz da futbol fanatları qarşısında nəqliyyat məsələsində olduqca çətin vəzifələr qoyub. Belə ki, iki futbol şəhəri Kalininqrad və Yekaterinburq arasındakı məsafə nə az nə çox, düz 2500 kilometrdir”.

Müxbir Yekaterinburdakı stadionun əcaib konstruksiyasına da diqqət çəkib. Belə ki stadionun tribunalarından biri onun xaricinə o qədər çıxıb ki, çətin ki həmin sektora bilet alan xoşbəxtlər oyunu görə bilsin.

Картинки по запросу ЕКАТЕРИНБУРГ СТАДИОН

Sverdlovsk qubernatoru isə bunun sadəcə vizual effekt olduğunu söyləməklə hamını sakitləşdirməkə məşğuldur.

“Rusiya dünya çempionatı üçün tikilən obyektlərin halına baxanda “sakitləşdirmək” məsələsində əsl dünya çempionu ola bilər. Kim bilir bu vizual effekt elə Rusiyadakı çempionatın da standartlardan kənarda baş tutacağının nişanəsidir”, Hellmanın yazısını belə bir ironiya ilə bitirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=106100

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031