Rusiya səfirliyində 400 kq kokain aşkarlandı

23.02.2018 - 14:04

Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb.

RBK xəbər verir ki, İ.Bliznyük Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir. Məlumata görə, səfirlik ilə sıx əlaqəsi olan Bliznyuk güc strukturlarının əməkdaşları üçün təhsil proqramlarının təşkili məqsədi ilə mütəmadi olaraq Rusiyaya səfər edib. Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb.

Məlumata görə, hər iki ölkəni əhatə etmiş birgə əməliyyat bir ildən çox davam edib.

“Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin kollecində narkotik vasitələrin aşkarlandığını bildirib. Məlum olub ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.

KİV-lərin məlumatına görə, qeyd olunan narkotrafiklə həmçinin Əli Abyanov adlı səfirliyin mühasibi də əlaqəli olub. Məhz onun narkotiklə dolu çamadanları səfirliyin kollecinə gətirdiyi bildirilir. Mütəşəkkil cinayətkar qrupun rəhbəri olduğu ehtimal edilən şərti adı “Mister K” olan daha bir şəxs istintaqdan yayınıb.

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi müəyyən edilib.

İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki nəfər saxlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113787

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930