Xamneyi: Yerli məhsullarımızı da “Real Madrid” kimi əziz tutun

22.03.2018 - 15:12

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi Məşhəd şəhərində Novruzla bağlı keçirilən el şənliyində xalqa müraciət edib.

Oxu.Az-ın İran mətbuatına istinadən məlumatına görə, yeni ilin gəlişi və baharın müjdəçisi sayılan Novruz Bayramı münasibətilə keçirilən el şənliyində Xamneyi müraciətində ölkədə yaşanan iqtisadi problemlərin həllindən danışıb. Bildirib ki, bu problemlərin aradan qaldırılması üçün xalq yerli məhsullardan istifadə etməli və həmin məhsulları “Real Madrid” futbol klubuna dəstək verdikləri kimi dəstəkləməlidirlər:

“Hazırda İranda iqtisadi problemlər olduqca yüksək həddə çatıb. Bu problemlərin aradan qaldırılması üçün sizlərə səslənirəm. Bildirmək istəyirəm ki, bu durumun aradan qaldırılması üçün yerli məhsullardan istifadə etməyiniz məsləhətdir. İspaniyanın “Real Madrid” klubuna necə dəstək verirsinizsə, öz məhsullarımıza da o səviyyədə dəstək verin”.

İranın Ali dini lideri həmçinin müraciətində qaçaqmalçılığın da ölkə iqtisadiyyatına zərbə vurduğunu və yerli sərmayənin xalq tərəfindən yüksək dəyərləndirilməsinin vacibliyini də vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115924

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930