Fransada supermarketə silahlı hücum: bir neçə nəfər girov götürülüb
Super-marketə daxil olan şəxsin terrorçu olduğu bildirilir.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onun açdığı atəş nəticəsində bir asayış keşikçisi yaralanıb.
Şübhəlinin İŞİD qruplaşmasının üzvü olduğu güman edilir.
15:20
Fransanın Trebe şəhərinin Od rayonunda naməlum şəxs super-marketə daxil olaraq insanları girov götürüb.
Bu barədə Fransanın FBMT telekanlı məlumat yayıb.
Həmin şəxsin silahlı olduğu bildirilir.
“Polis “Super U” marketinin yerləşdiyi rayonda xüsusi əməliyyat keçirir” deyə yerli hökumətin rəsmi Twitter səhifəsində qeyd olunur.
Əməliyyatın keçirildiyi super-market hüquq mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=115965