Telman İsmayılovun milyard dollarlıq oteli əlindən çıxır – TƏFƏRRÜAT

06.06.2018 - 18:08

Azərbaycan əsilli oliqarx Telman İsmayılovun daha bir aktivi rəsmi şəkildə satılıb.

Minval.info xəbər verir ki, 2009-cu ildə Türkiyənin turizm bölgəsi Antalyada 1.4 milyard dollar sərmayə ilə açılmış “Mardan Palace” oteli “Rixos” otellər qrupuna keçib.

Telman İsmayılovun müflisləşməsindən sonra bank tərəfindən əlindən alınan otelin administratoru Fettah Tamince otelin geri qaytarılması üçün çox cəhd etdiklərini bildirib:

“Təəssüf ki, masadan heç bir nəticə əldə etmədən qalxdıq. Ümid edirəm ki, bu müəssisə tezliklə Antalyaya, Türkiyəyə yenidən xidmət göstərə bilər”.

Xatırladaq ki, “Mardan Palace” Avropanın 5 ulduzlu ən lüks otelidir. Otelin 2009-cu il 23 mayda həyata keçirilən açılışına dünyaca məşhur ulduzlar – Meray Keri, Riçard Gir, Şeron Stoun, Monika Belluçi və Qazaxıstan prezidenti Nursultan Nazarbayov iştirak etmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120080

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930