Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub

29.06.2018 - 12:05

Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, son oyunlar G qrupunda keçirilib.

Belçika İngiltərəyə 51-ci dəqiqədə Adnan Yanuzayın qolu ilə qalib gəlib. Tunis isə Panamanı 2:1 hesabı ilə yenib. Hesabı 33-cü dəqiqədə afrikalı müdafiəçi Yassin Meryi avtoqolla açsa da, 51-ci dəqiqədə komanda yoldaşı Fəxrəddin ben Yussef onun səhvini düzəldib, 66-cı dəqiqədə isə Vəhbi Xəzri qələbə topunu vurub.

Beləliklə, Belçika yığması 9 xalla G qrupunu birinci pillədə başa vurub. İngiltərə 6 xalla ikinci olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. Tunis 3 xalla 3-cü, xalı olmayan Panama isə sonuncu yeri tutub.

1/8 finalda görüşəcəklər:

30 iyun

49. 18:00. Kazan. Fransa — Argentina

50. 22:00. Soçi. Uruqvay — Portuqaliya

1 iyul

51. 18:00. Moskva, “Lujniki”. İspaniya — Rusiya

52. 22:00. Nijni Novqorod. Xorvatiya — Danimarka

2 iyul

53. 18:00. Samara. Braziliya — Meksika

54. 22:00. Rostov-Don. Belçika – Yaponiya

3 iyul

55. 18:00. Sankt-Peterburq. İsveç — İsveçrə

56. 22:00. Moskva, “Lujniki“. Kolumbiya – İngiltərə

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120944

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031