Dünyada 2 milyard insan yoxsulluqdan əziyyət çəkir

18.08.2018 - 17:51
“Qlobal Humanitar Yardım Hesabatı 2018” məlumatına görə, dünyada 2 milyard insan yoxsulluqdan əziyyət çəkir.
Qaynarinfo xəbər verir ki, 753 milyon nəfər isə xüsusilə pis vəziyyətdə yaşayır. Quraqlıq, qarşıdurma, təbii fəlakətlər yardıma möhtac insanların sayını daha da artırıb. Suriya, Yəmən, Cənubi Sudandakı qarşıdurmalar, Afrikadakı quraqlıq və qida təhlükəsizliyi, Qəraib və Asiyada isə təbii fəlakətlər insanların vəziyyətini daha da çətinləşdirir.
Hesabatda bildirilir ki, 201 milyondan çox insan humanitar yardıma möhtacdır. Köməyə ehtiyacı olan ən çox insan Suriya və Yəməndədir və ötən il ən çox humanitar yardım bu ölkələrə göndərilib.
Dünyadakı 2 milyard insan gündə 3,2 dollardan az, 753 milyonu isə 1,9 dollardan az gəlirlə yaşamağa çalışır.
Ən çox humanitar yardım göstərən ölkə Türkiyədir. Ötən il bu məbləğ 8,07 milyard dollar olub. ABŞ 6,68 milyardla 2-ci, Almaniya 2,99 milyard dollarla 3-cüdür.
Miqrant sayı 23 milyona, yaşadıqları yeri tərk etmək məcburiyyətində qalanların sayı isə 68,5 milyona çatıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121819

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930