General Süleymani öldürülüb, S-300 məhv edilib?

27.12.2018 - 14:01

İsrailin güc strukturlarındakı mənbə dekabrın 25-də axşam Suriya ərazisinə hava zərbələri endirdiklərini təsdiqləyib. Mənbə “Assosiated press”ə açıqlamasında deyib ki, zərbələrin hədəfi “İrana aid terrorçuluq infrastrukturu” olub. Söhbət “Hizbullah”a silah ötürmək üçün istifadə edilən üç obyektdən gedir.

İsrail nümayəndəsi habelə təsdiq edib ki, əməliyyat nəticəsində Dəməşq rayonunda Suriyanın Hava Hücumundan Müdafiə sistemləri də məhv edilib. Lakin söhbətin hansı HHM sistemindən getdiyi bildirilmir. İsrailin “9-cu Kanal” televiziyası istisna etmir ki, vurulan S-300 zenit-raket kompleksi batareyasıdır.

Mənbə onu da deyib ki, Moskva İran qüvvələrinin Suriyada İsrail sərhədlərindən 80 kilometrə qədər geri çəkilməsinə dair vədinə əməl etməyib. İsrail ordusunun dekabrın 25-də axşam saatlarında Dəməşq ətrafındakı çoxsaylı hədəflərə endirdiyi aviazərbələrə dair yeni təfərrüatlar məlum olub.virtualaz.org xəbər verir ki, əvvəllər Bəşər Əsədin ordusunda yüksək rütbəli zabit olmuş suriyalı mənbə aviazərbələrin hədəfləri arasında Cumraya araşdırma mərkəzinin də olduğunu bildirir. 

Həmin mərkəzdə əvvəllər kimyəvi və biloji silah üzərində iş aparılıb. Məlumatda deyilir ki, mərkəzə endirilən zərbə nəticəsində azı 17 əsgər və zabit ölüb. Onlardan 3-ü yüksək rütbəli İran hərbçiləridir.

Bu məlumatın fonunda sosial şəbəkələrdə belə şaiyələr yayılıb ki, ölənlərdən biri İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandiri, məşhur general Qasım Süleymanidir. Bu şaiyə general Süleymaninin ayətullah Xamneyinin varisi hesab edilən ayətullah Haşemi Şahrudinin dəfnində görünməməsindən sonra daha da güclənib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930