Gürcüstanda xəstəxanalar fövqəladə rejimə keçdi – Virus qapımızda…

07.01.2019 - 12:47

Gürcüstanda qrip virusunun geniş yayılması ilə bağlı Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi fövqəladə iş rejiminə keçib.

“Report” xəbər verir ki, həmin xəstəxanalar bu gündən etibarən saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.

Yanvarın 8-dən başlayaraq isə səhiyyə ocaqları 24 saatlıq iş rejiminə keçəcək.

Gürcüstanın Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək qripin ilk simptomları yaranan kimi dərhal həkimə müraciət etməyə çağırıb. Qurumdan bildirilib ki, ölkədə mövsümi qripin yayılmasının azalma tendensiyası müşahidə olunur.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan H1N1 virusuna yoluxmadan 8 nəfər ölüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126188

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930