Kasıblığa görə prezidentə şikayət edən 12 yaşlı qızın həyatı alt-üst oldu

17.03.2019 - 22:56

Rusiyanın Pskov vilayətinin Tomsino kəndində yaşayan 12 yaşlı Tasya Perçikova prezident Vladimir Putinə yazdığı məktuba görə həyatı alt-üst olub. Balaca qız prezidentə məktubunda ailəsinin acınacaqlı durumundan, anasının ağır işdə çalışmasına baxmayaraq, dolana bilmədiklərindən şikayətlənib. Buna görə elə öz həmkəndliləri bir neçə aydır ki, onlara gün verir, işıq vermir. Onlar ailəni dələduzluqda ittiham edirlər, hədələyirlər, hətta sosial şəbəkələrdə Tasyanın çılpaq fotolarını da yayıblar.
Bizimyol.info xəbər verir ki, Tasyanın ailəsi prezidentdən öncə dəfələrlə yerli dövlət orqanlarına üz tutub, amma onlar vətəndaşların şikayətinə heç bir cavab verməyib. Heç Prezident Administrasiyasından da 12 yaşlı uşağın şikayətinə reaksiya yoxdur.
Amma qızın məktubundan təsirlənən və ailənin problemlərinə biganə qalmayan rusiyalılar ianə kampaniyasıyla 1500 dollara yaxın vəsait toplayıblar. Pulu, həmçinin uşaq əşyaları, dəftəxana ləvazimatlarını onlara göndəriblər. Həmin vəsaitə ailə bostan üçün texniki avadanlıq, uşaqlara kitab, paltar və tibbi ləvazimatlar alıb. Tasya Perçikova danışır ki, onlara yardım gələn kimi, həmkəndliləri qəzəblənib, ailəsinə hücumlar başlayıb. Hətta öz uşaqlarını da onunla oynamağa qoymurlar, onu oğurluqda ittiham edirlər.
Altıncı sinif şagirdi olan Tasyaya “Yerlilər” Fondu kompüter hədiyyə edib. Bundan az sonra sosial şəbəkələrin birində ona bir oğlan yazaraq, tanış olmaq istədiyini bildirib. Qızdan şəkillərini göndərməsini istəyib. Fotoları alan kimi onları müxtəlif şəbəkələlərdə yayıb. Bundan dərhal sonra oğlanın hesabı bağlanıb. Qızın anasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra üzə çıxıb ki, əslində, o, saxta hesab olub və 12 yaşlı qızla yazışanlar onun keçmiş məktəb yoldaşları olub. Amma onlara bu işdə böyüklər yardım edib.
Bununla əlaqədar İstintaq Komitəsi araşdırmaları davam etdirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127326

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930