Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı

15.07.2019 - 11:48

Ukrayna Prezidenti Vladimir Zelenskinin kortejində yer alan üç avtomobilin və içərisində uşaqların olduğu avtobusların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

TASS bildirir ki, yol-nəqliyyat hadisəsi Zaporojsk regionunda qeydə alınıb.

İlkin məlumata görə, qəza Prezidentin kortejindəki iki avtomobil avtobus karvanını ötməyə çalışarkən qeydə alınıb.

Digər səbəb kimi Ukrayna liderinin kortejinə daxil olan avtomobillərin sürücülərinin çatışmaması göstərilir. Belə ki, ştatdakı 30 sürücüdən hazırda yarısı işləyir.

Kadr çatışmazlığı və sıx qrafik səbəbindən sürücülər sutkalarla yatmırlar.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=129465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728