Berdımühəmmədov müəmması – artistlər özlərini “kəsirlər”

28.07.2019 - 14:24

Ötən həftənin bu günləri Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun (qısa olması üşün bundan sonra QB) barəsində qara xəbər yayılmışdı.

Məşhur mahnının misrasında deyildiyi kimi, “qara xəbər tez yayılırmış”, QB-nin ölüm xəbəri bir neçə saat ərzində bütün postsovet məkanına yayıldı, yüzlərlə sayt bu xəbəri “kopi-peyst” üsulu ilə tirajladı.

Türkmən rəsmilər isə dərhal təkzib açıqlaması ilə çıxış etməyə tələsmədilər. Yalnız ertəsi gün Türkmənistanın Rusiyadakı səfirliyi xəbərin tamamilə yalan olduğunu bildirdi. Sonra QB-nin Özbəkistan prezidenti Şavkat Mirziyoyevə zəng etməsi xəbəri çıxdı. Bu hadisə iyulun 24-də oldu -özbək liderin doğum günü ayın 24-dür.

Image result for mirziyoyev

Özbəkistan prezidenti Şavkat Mirziyoyev

Ancaq bu, müvafiq şayiələri aradan qaldırmadı, hadisəyə dair ehtiraslar isə hələ də soyumayıb. Əksinə, başqa bir frekansa adlayaraq daha da qızışıb.

İndi də QB-sevərlər hövlləniblər, əsəbi açıqlamalar verir, bu “yalan xəbər”i yayanlara ağır cəzalar tələb edirlər.
Bu sırada aktyorlar, müğənnilər və bloqerlər var. Bunu kim təşkil edibsə, küncdən biləyi görünür. Çünki hiddətlənmiş “sənətkarlar” demək olar ki, eyni vaxtda eyni məzmunlu videomüraciət hazırlayıb yayıblar və xalqı ölkə prezidenti QB-nin ölümünə dair xəbərlərə inanmamağa çağırırlar.

Image result for Berdımühəmmədov

Əslində, bu, xeyli dərəcədə absurd müraciətdir. Əgər adam sağdırsa, televiziya kameraları önündə toplantı, görüşlər keçirə, çıxışlar edə bilər, xalq bunun üstündən adamın öldüyünə heç cür inanmaz.

Tərs kimi, QB özü də hələ ortalıqda yoxdur. Onun adından kimlərinsə təbrik edilməsi, hansısa quruma müraciətlər göndərilməsi, yaxud köhnə videokadrların göstərilməsi hələ qara xəbərin effektiv təkzibi sayılmaz. Bu, elə durumdur ki, xalq QB-nin yeni videolarını görməlidir, yoxsa qeyri-müəyyənlik hökm sürməkdə davam edəcək, müxtəlif şayiələr baş alıb gedəcək.

Bunu təşkil etmək əvəzinə sənət adamlarının hiddətli müraciətlərini vermək od üstünə yanacaq əlavə edilməsi anlamına gəlir. Onlar qara xəbərin yalan olmasına sevinməkdənsə, xəbəri yayanları lənətləyirlər. Məsələn, aktyor Yaxşı Qoşunov xalqdan bu yalan xəbərlərə inanmamağı xahiş edəndən sonra bütün Türkmənistan əhalisini vətəni və prezidenti sevməyə çağırıb və deyib: “Berdımühəmmədova böhtan atanların üzünü qaynar dəmirlə dağlamaq lazımdır”.

Müğənni Səlbi Tuvaqqılıcova da İnstagramda videomüraciət yayaraq bildirib: “O (QB) sağdır, Allaha şükür! Allah xalqı və prezidenti vətən xainlərindən qorusun”.

Musiqiçi Bəymurad Amanquluyev türkmən liderin ölümü haqqında şayiə yayanları “vələdüzina (fahişə balası) və paxıl əclaflar” adlandırıb: “Belə bir nağıl-ölkədə yaşaya-yaşaya bu vələdüzinalar bu cür ürəkbulandırıcı sözləri necə yazırlar. Bizim bütün dünyaya nümunə olacaq müdrik rəhbərimiz var. Xalq onun ətrafında sıx birlşib, bir cana, bir ruha çevrilib və dünya durduqca öz rəhbərinə sadiq qalacaq! Doğma prezidentimizdən ötrü biz öz şirin canımızdan keçməyə hazırıq!”
Türkmən məşhurlar artıq sosial şəbəkədə #duryalan həştəqi ilə statuslar da yazırlar.

Image result for iSLAM KƏRİMOV

Özbəkistanın eks-prezidenti İslam Kərimov

Məlum olduğu kimi, 2016-cı ildə İslam Kərimovun öldüyü haqqında ilk xəbərlər çıxdığı zaman Özbəkistanda da bənzər situasiya yaranmışdı. O zaman yerli artistlər ölkə rəhbərinin ölümünə inanmamaq üçün xalqa müraciət edirdilər. Xatırladaq ki, Kərimovun öldüyü barədə xəbər avqustun 27-də yayılmışdı, ancaq bu informasiya rəsmi olaraq sentyabrın 2-də təsdiqləndi. Avqustun 30-da isə dövlət televiziyası ilə özbək liderin Özbəkistan xalqını Müstəqillik günü (31 avqust) münasibətilə “təbrik etməsi”nə dair müraciəti oxunmuşdu.

Image result for Türkmənistan mediası

Berdımühəmmədovun öldüyü barədə ilk xəbər iyulun 20-də yayılıb. Buna qədər o, artıq 15 gün idi ki, televiziyada, ictimaiyyət arasında görünmürdü. Bu xüsusda ilk xəbəri yazıçı Akmühəmməd Velsaparov yayıb, daha sonra xəbəri politoloq Aslan Rubayev tirajlayıb. Ancaq o, elə həmin gün səhv etdiyini bildirərək üzr istəyib. Rubayev QB-nin ölümü barədə xəbər verən mənbənin məlumatı təkzib etdiyini deyib.

İyulun 25-də Altyn Asyr (“Altın əsr” – “Qızıl əsr”) telekanalında QB-nin Aşqabadda infrastuktur layihələrni gözdən keçirməsinə dair görüntülü xəbər verilib. Bir də Mirziyoyevin təbrik edilməsi…

Ancaq belə görünür ki, bunlar kifayət deyil. Artistlərin ortaya çıxaraq yayılmış şayiələri dağıtmağa çalışmasının, türkmən xalqını şayiələrə inanmağa çağırmasının səbəbi budur. Bundansa QB-nin bircə dəfə yeni libasda ekranda görünüb “Salam, türkmən xalqı” deməsi kifayətdir.

Kim bilir, bəlkə o xəstədir və yataqdadır, telekamera önünə çıxması mümkün deyil? Belədirsə, bunu xalqdan gizlətməyin mənası yoxdur, açıqca demək olar ki, vəziyyət budur.(Yeni Musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=130570

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031