Rusiyada 50 il əvvəl qəzaya uğramış vertolyotun qalıqları tapılıb

01.08.2019 - 17:55

Rusiyada 50 il əvvəl qəzaya uğramış Mi-6 vertolyotunun qalıqları Xantı – Mansiyk muxtar dairəsinin Açimov rayonu ərazisində aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb. Qəzaya uğramış vertolyotun qalıqları Xantı – Mansiyk muxtar dairəsinin Surqut rayonunda uçuş keçirən helikopterin pilotları tərəfindən aşkar olunub və bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Hava hərəkətini idarəetmə mərkəzi və Ural Aviasiya Axtarış-Xilasetmə Mərkəzindən Rusiya Fövqəladə Hallar Nazirliyinə verilən məlumata görə, göstərilən ərazidə son 20 il ərzində təyyarələrin yox çıxması faktı qeydə alınmayıb. Həmçinin vertolyottun qalıq hissələri üzərindəki nişanlar köhnədir.

Regionun yerli hüquq-mühafizə orqanları bu qalıqların 1970-ci illərdə Uqredə qəzaya düşən vertolyota aid olduğunu ehtimal edirlər.

“Ola bilsin ki, bu, illər öncə bataqlığa düşüb və indi onun qalıqları üzə çıxıb”, – deyə hüquq-mühafizə orqanında çalışan mənbə bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131238

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031