Ermənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi

04.09.2019 - 17:05

скачанные файлыÇərşənbə günü Ermənistanın Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin, ölkənin sabiq prezidenti Robert Köçəryanın konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq həbs olunduğu 35-ci maddəsini konstitusiyaya zidd elan edib.

TASS-ın məlumatına görə,  qərarı Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyan oxuyub.

“Müzakirələrdən sonra ölkənin Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 35-ci maddəsinin konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Bu qərar qətidir və ondan şikayət verilə bilməz”,- deyə Tovmasyan vurğulayıb.

Köçəryanın vəkili Aram Vardevanyan da qeyd edib ki, 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu o deməkdir ki, Robert Köçəryanın Konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüququ pozulub.

resizerYeri gəlmişkən, bundan əvvəl Köçəryanın digər vəkili Hayk Alumyan jurnalistlərə demişdi ki, Konstitusiya Məhkəməsi müdafiənin bütün dəlillərini qəbul edərsə, müvəkkili dərhal azadlığa buraxılmalı və cinayət təqibi dayandırılmalıdır.

Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsi binasının qarşısında Robert Köçəryanın həm tərəfdarları, həm də əleyhdarları toplaşıblar.

Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının sayı, təxminən hər iki tərəfdən olanların ümumi sayına bərabərdir.

Azpolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132440

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031