Əfqanıstanda NATO-nun iki əsgəri öldü
Əfqanıstanda NATO-nun iki əsgəri həlak olub.
APA-nın “military.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” əməliyyatının komandanlığı məlumat yayıb.
NATO rəsmiləri terror aktı nəticəsində həlak olan əsgərlərdən birinin Rumıniya, digərinin isə ABŞ-dan olduğunu təsdiqləyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=132534