Daxili işlər naziri Əkrəm İmamoğlunu işdən çıxarmağa hazırlaşır?

06.09.2019 - 15:36

1562645_cover_rectTürkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunu yenidən hədəfə alıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazir Əkrəm İmamoğlunun ondan əvvəlki bələdiyyə başqanının dövründə bələdiyyə üçün ehtiyac olmadığı halda kirayələnən yüzlərlə avtomobili Yenikapı meydanına yığıb israfçılığın bariz nümunəsi kimi xalqa nümayiş etdirmək təlimatından qəzəblənib.

“Bələdiyyə işi şou deyil. Bu məsələ (israfçılıq) deyilir və araşdırılır. Əgər belə israfçılıq olubsa əlaqədar nazirliyə deyilməlidir. Amma deyilməyib. Avtomobillər büdcəyə zərər vuracaq şəkildə nümayiş etdirilməkdədir”,-Soylu bildirib.

Bundan əvvəl Süleyman Soylu İmamoğlunu kürdlərin partiyası HDP-dən olan , martın 31-də keçirilmiş bələdiyyə seçkilərində seçilmiş, lakin daha sonra daxili işlər nazirinin əmri ilə vəzifələrindən uzaqlaşdırılıb yerinə qəyyum təyin edilən iki bələdiyyə başqanına dəstək olaraq onlarla görüşməsinə qəzəblənmişdi. Soylu demişdi ki, bu hərəkətinə görə İmamoğlunu “pərişan edər”.

İndi nazir İmamoğluna qarşı hücumları davam etdirərək onu “xidmətdən çəkilməkdə” günahlandırıb. “Əgər bunlar xidmətə yararlı deyillərsə bizim tərəfdən atılması lazım olan addım bəllidir. İctimai zərər hesabına nəsə edirlərsə bu da bizim məsuliyyətimiz çərçivəsindədir, araşdırarıq”,-Soylu deyib.

Jurnalistlərdən biri nazirdən bu xəbərdarlığın nə məna verdiyini dəqiqləşdirməyə çalışıb: “İmamoğlu başqa işlərlə məşğul olarsa onu pəjmürdə edərik dediniz. İstanbula qəyyum atanacaq?”.

“Onu bazar ertəsi açıqlayacam”,-Süleyman Soylu bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132595

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930