«Avropa siyasətçiləri Ukraynadan yorulublar» – Estoniya prezidenti

19.09.2019 - 15:42

563668h9f84t28«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Estoniyanın prezidenti Kersti Kalyulayd bəyan edib ki, Avropa İttifaqında (Aİ) artıq Ukraynadan yorulublar. Belə ki, korrupsiya bu ölkəni udur.

Siyaətçinin sözlərinə görə, Kiyev illərdir ki, Avropadan kömək almasına baxmayaraq orada nə rüşvətxorluğa, nə də oliqarxiyaya qalib gəlmək mümkün olmayıb («Avropa həqiqati»).

Estoniyalı siyasətçi ümid edir ki, Pyotr Poroşenkonun prezident kreslosunu Vladimir Zelenskiyə uduzmasından sonra, sonuncu Ukraynanın inkişaf ahəngini yüksəltməyə və «nəticələri  Avropa İttifaqına göstərməyə» nail ola biləcək. O, qeyd edib ki, Ukraynada korrupsiyanın bünövrəsi məhz Poroşenkonun prezidentliyi dövründə qoyulub.

Ukraynanın problemləri təkcə iqtisadiyyat sahəsində «gizlənmir». Artıq 5 ildir ki, Donbasdakı hərbi münaqişə yatırılmayıb. Poroşenko müharibəyə son qoymaq vədləri üzərində hakimiyyətə gəldi, amma bundan sonra bu işlə Zelenski məşğul olasıdır.

Dostlar, gəlin «kollektiv surətdə» fəxr edək ki, nəinki təkcə Avropa, dünya da hələlik bizdən «yorulmayıb». Görünür, Azərbaycanda korrupsiya və rüşvətxorluq yoxdur…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133305

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930