Özünü güllələyən general kefli olub – Həbsi gözlənilirdi

24.09.2019 - 17:27

Uzun müddət Ermənistanın daxili işlər naziri vəzifəsini daşımış polis general-polkovniki Ayk Arutunyanın meyitinə baxış keçirən ekspertlər onun ölümündən əvvəl çoxlu alkoqol qəbul etdiyini müəyyənləşdiriblər.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı sentyabrın 23-də öz evində ölü tapılan sabiq polis şefinin ölümü ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Məlum olub ki, öz şəhərkənarı villasında tapancadan açdığı atəşlə intihar edən A.Arutunyan evdə tək olmayıb. Silahdan başına atəş açan generalın meyitini ilk olaraq, onun evində qonaq etdiyi adı çəkilməyən qadın aşkarlayıb və polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının və ekspertlərin ilkin qənaəti bu olub ki, Arutunyan intihar edib və bu zaman bərk içkili olub.

Xatırladaq ki, A.Arutunyan 1999-cu ildən 2008-ci ilə qədər Ermənistan polisinə rəhbərlik edib. 2010-2014-cü illərdə isə Məhkəmə Qərarlarının İcrası İdarəsinə başçılıq edən general Paşinyan hökuməti tərəfindən cinayət işi qaldırılan iri fiqurlardan biri sayılırdı. Belə ki, o, 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları zamanı 8 nəfərin qətlə yetirilməsilə bağlı açılan cinayət işinin əsas fiqurlarından idi və həbsi gözlənilirdi. Onun özünü öldürməsini də çoxları həmin cinayət işi ilə əlaqələndirirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133536

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930