Baş erməni katolikosu Paşinyanla “razborka” aparacaq – “Diz üstə qoyacağıq” ifadəsinə görə

26.09.2019 - 16:56

qareg-1537428821Baş erməni katolikosu 2-ci Qaregin ABŞ-da olan baş nazir N.Paşinyanın İrəvana qayıdışını gözləyir. “AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatının suallarına cavab verən katolikos baş nazirdən kilsə xadimlərinə ünvanladığı “onları dizi üstə qoyacağıq” ifadəsinə görə izahat tələb edəcəyini söyləyib.

Həmçinin, baş keşiş Paşinyanla ölkədə mövcud olan ciddi problemləri də müzakirə etmək istədiyini deyib.

Xatırladaq ki, ABŞ-a son səfəri zamanı Los-Anceles şəhərində keçirdiyi mətbuat konfransında çıxış edən Paşinyan Ermənistan kilsəsinin onun hökumətinin əleyhinə olduğuna işarə vurmuşdu. Bildirmişdi ki, hökumət kilsənin işinə qarışmayacağını bildirəndən sonra oradakı dini rəhbərlər artıq bu hökumətə quyu qazmağın mümkün olduğunu düşünməyə başlayıblar. Paşinyan hökuməti zəiflətmək istəyən həmin şəxsləri diz üstə qoyacaqlarını bildirib.

Onu da qeyd edək ki, hazırkı erməni katolikosu daha çox əvvəlki hakimiyyətə yaxın şəxs kimi tanınır və Paşinyan hazırda onu postundan uzaqlaşdırmaq istəyən bir qrup keşişi dəstəklədiyini gizlətmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133661

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031