Tramp impiçment prosesini oyunbazlıq adlandırıb

22.01.2020 - 18:28

“Ön sırada oturmaq və impiçmentlə bağlı dinləmələri izləmək istərdim, lakin vəkillərim buna razı olmayacaqlar”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Davos İqtisadi Forumunda iştirak edən ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“Mən ön sırada oturmaq və onların satqın simalarına baxmağı çox istərdim. Mən ora getməyi çox istərdim, məgər bu əla olmazdımı?”, – deyə ABŞ Prezidenti vurğulayıb.

  1. Tramp impiçment prosesini oyunbazlıq adlandırıb və Senata inandığı bildirib.

“Mən inanıram ki, Senatda əla insanlar var. İmpiçmentlə bağlı fəndlər ucuz oyunbazlıqdır. Hər şey hələ mən seçildiyim gündən başlayıb”, – deyə D. Tramp qeyd edib.

Qeyd edək ki, dünəndən etibarən Senatda D. Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=141316

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930