ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaldır

25.02.2020 - 21:51

“Əfqanıstandakı hərbçilərin sayını 8,6 minə endirmək üçün ciddi səylər göstəririk. İnsanlar da bundan məmnundurlar. Ardından son nəticənin nə olacağına qərar verəcəyik”.

Bunu ABŞ prezidenti Donald Tramp Hindistana səfərindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

O həmçinin “Taliban”la fevralın sonunda əldə olunacağı gözlənilən razılaşmaya ümid etdiyini bildirib və hələlik Əfqanıstandakı vəziyyətin dinamikasının müsbət olduğunu qeyd edib: “Minimum zorakılıq səviyyəsi ilə iki gün artıq geridə qalıb. Görək nə olacaq. Amma hər kəs bunun baş verməsini istəyir”.

Onun sözlərinə görə, ABŞ Əfqanıstandan qoşunların çıxarılması halında bu ölkədə və ümumilikdə bölgədə vəziyyəti izləyəcək və zəruri hallarda vəziyyətə müdaxilə etməyə kömək edəcək kəşfiyyat strukturlarını saxlayacaq.

Dövlət başçısı əlavə edib ki, ABŞ Əfqanıstanda asanlıqla hərbi qələbə qazana bilər, amma milyonlarla insanın ölümünü istəmədiyindən bunu etməyəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143188

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930