Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

28.02.2020 - 18:19

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri İdlibdə baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Təhlükəsizlik Şurasının bugünkü təcili iclasında Rusiya Prezidentinin və Təhlükəsizlik Şurası üzvlərinin Türkiyə hakimiyyətinin ölkədə olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görəcəyinə ümid etdiklərini söyləyib.

İclas zamanı qeyd olunub ki, İdlibdə Türkiyə hərbçiləri müşahidə postlarından kənarda olmamalıdır: “Həmin postların işinə terrorçuların fəaliyyətinə nəzarət etmək, onların aktivliyinə imkan verməmək, Rusiya hərbi obyektlərinə qarşı aqressiv fəaliyyəti barədə xəbərdarlıq etmək daxil idi. Lakin türkiyəli tərəfdaşlar bu tapşırığı yerinə yetirə bilmədilər. Belə ki, silahlıların böyük əksəriyyəti onların nəzarətində deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143278

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031