ABŞ “Taliban”la sülh sazişi imzaladı

29.02.2020 - 19:08

ABŞ və “Taliban” Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasını və bu ölkənin daxilində dialoqun başlanğıcını nəzərdə tutan sülh razılaşmasını imzalayıb.

Sənədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi, danışıqlarda nümayəndə heyətinin başçısı Zalmay Xalilzad və “taliblər”in siyasi lideri molla Abdul Qani Baradar imza atıb. Mərasimdə 30-dan çox ölkənin nümayəndələri iştirak edib.

“Bu razılaşma çoxsaylı səylərin nəticəsi oldu. Bununla biz təsdiq edirik ki, Əfqanıstan heç vaxt terrorçular üçün baza olmayacaq”, – deyə mərasimdə çıxış edən ABŞ-ın Dövlət katibi Maykl Pompeo deyib.

Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, “Taliban”ın zorakılıqdan çəkinəcəyi təqdirdə Birləşmiş Ştatların öz hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində “Taliban” Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər “daimi və hərtərəfli barışıq” haqqında da razılığa gəliblər.(“Report”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143302

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930