“Rusiya üçün fəlakət, ABŞ üçün qələbə…” – Vahid Ələkbərovun ortağı proqnoz verdi

20.03.2020 - 12:09

Dünya bazarında neftin kəskin ucuzlaşması Rusiyada da böyük ajiotaja səbəb olub. Bunu rublun məzənnəsi də daxil olmaqla, ölkənin işgüzar həyatında baş verən bir çox neqativ proseslərdə görmək olar.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında neft qiymətlərinin gələcək taleyi və Rusiya iqtisadiyyatını gözləyən təhlükələrə dair tanınmış iş adamı, milyarder Leonid Fedunun fikirləri yer alıb. Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” şirkətində 32 faiz payla vitse-prezident vəzifəsində təmsil olunan L.Fedunun həmin açıqlamaları maraqla qarşılanıb.

Milyarder deyib ki, hazırda dünya neft bazarında yaranan durum “Rusiya üçün fəlakət, ABŞ üçünsə qələbədir”. 

RBK”-ya açıqlama verən Fedunun fikrincə, Rusiya ən dəhşətli yuxuda da SəudiyyəƏrəbistanı ilə başlatdığı “neft müharibəsi”nin belə ağır nəticələr verəcəyini gözləmirdi. Vahid Ələkbərovun ortağı deyib ki, bu situasiyada istər Səudiyyə Ərəbistanı, istərsə də Rusiya uduzan tərəflərdir, qələbə çalan isə ABŞ-dır. Çünki, ABŞ ən böyük neft, benzin istehlakçısıdır. Və hazırkı qiymətlər onu tam qane edir.

Milyarder deyib ki, “Lukoyl”un hesablamalarına görə, neftin hazırkı ucuzlaşması sayəsində ABŞ-da benzin və dizel yanacağı ucuzlaşacaq və nəticədə ABŞ vətəndaşlarının gəlirləri 6 faiz artacaq. Rusiyada isə mövcud olan qiymət və vergi siyasəti nəticəsində yanacaq ucuzlaşmayacaq və inflyasiya, rublun dəyər itirməsi nəticəsindəəhalinin gəlirləri daha da azalacaq.

L.Fedun sonda onu da qeyd edib ki, neftin qiyməti 35 dollardan aşağı olarsa, Rusiya 2022-2023-cü illərdən başlayaraq, neft hasilatını azaltmağa məcbur olacaq.

Xatırladaq ki, martın 19-u səhər saatlarında Rusiyanın Urals markalı neftinin bir barreli cəmi 23.5 dollara satılıb.

Cəlal

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144237

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930