Putinin varlılardan daha çox vergi planı iflasa uğradı – Əmanətçilər pullarını banklardan çıxarır

28.03.2020 - 12:08

Rusiya banklarının müştəriləri kütləvi şəkildə əmanətlərini və müddətli hesablarını bağlayaraq pullarının banklardan çıxarılmasına başlayıblar.

Bu barədə Rusiya Bankları Assosiasiyası nümayəndələrinin Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullinaya ünvanlanmış məktubunda məlumat verilir. Bankirlər bildirirlər ki, əmanətçilərin hesablarını kütləvi bağlaması martın 25-dən başlanıb.

Həmin gün prezident Vladimir Putin koronavirusla bağlı yaranmış vəziyyət və görülən tədbirlər barədə çıxış etmişdi. O bu çıxışında həm də bildirirdi ki, Rusiya banklarında 1 milyon rubldan (13 min dollar) çox olan əmanətlərdən 13 faiz vergi tutulacaq.

Daha sonra Kreml nümayəndələri bu tədbiri “sosial ədalətin bərpası” adlandırmışdılar. Bankirlərin şikayət məktubunda deyilir ki, “bu tədbirin qaydası, müddəti və ən başlıcası kimlərin vergi ödəməli olacağı barədə hərtərfli informasiyanın verilməməsi müxtəlif şayiələrin yayılması ilə nəticələnib”.

Martın 1-ə olan məlumata görə Rusiyada əmanət hesabları da daxil, 600 milyon bank hesabları açılıb. Bu hesablardakı pulun toplam məbləği 31,5 trilyon rubldur (400 milyard dollar). Bunun 57 faizi 1 milyon rubldan çox olan hesablarda saxlanır.

Amma Rusiya banklarının verdiyi məlumata görə belə hesablar cəmi 1 faiz təşkil edir. Rusiya maliyyə naziri Anton Siluanov Putinlə görüşdən sonra deyib ki, sözü gedən vergi 2021-ci ildən qüvvədə olacaq və 2022-ci ildən tutulacaq. (azadliq.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144500

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031