Koronovirusu yaydığı üçün diz çöküb üzr istədi

30.03.2020 - 13:09

Ukraynanın Çernovits əyalətinin Kolenkovtsı kəndinin sakini koronavirusu yaydığı üçün həmkəndlilərindən üzr istəyib. Day.Az oxu.az-a istinadən xəbər verir ki, qadın çörəkpulu qazanmaq üçün getdiyi İtaliyadan yenicə qayıtmasına baxmayaraq, özünütəcrid tələblərinə riayət etməyib. Nəticədə, onda infeksiya aşkarlanıb. Vətənində olduğu müddətdə o, aralarında öz uşaqları, nəvələri və bir neçə tanışı olmaqla, 14 nəfəri yoluxdurub.
Qadın onun bu hərəkətinin intiqamını qohumlarından almamağa çağırıb. “Onları öldürməyin, istəyirsinizsə, məni öldürün, kəsin, doğrayın!”, – deyə qadın göz yaşları içində deyib. Son məlumatlara görə, Ukraynada 475 nəfər virusa yoluxub, 10 nəfər ölüb. Bundan başqa, altı nəfər sağalıb. Martın 25-də ölkədə fövqəladə vəziyyət elan olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=144599

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31