Fransada pandemiyanın növbəti dalğası gözlənilir

09.04.2020 - 12:30

Fransada COVID-19 pandemiyasından ölənlərin sayı 10 min 869-a çatıb.

Yerli KİV-in yazdığına görə, xəstəxanalarda son 24 saat ərzində koronavirusdan 541 nəfər ölüb.

Ölkədə COVID-19 pandemiyasından 60 mindən çox insan xəstəxanalara qəbul edilib. Bu gün xəstəxanalarda 30 min 375 COVID-19 daşıyıcısı var ki, onlardan 7048-i reanimasiya şöbələrindədir.

Bildirilir ki, 21 mindən çox COVİD-19 xəstəsi sağalıb.

Fransanın Atlantik okeanında olan “Charles-de-Gaulle” məşhur təyyarə-daşıyıcı gəmisində 1760 hərbi dənizçidən 40-dək hərbi dənizçinin yeni koronavirusa yoluxduğu bildirilib. Müdafiə Nazirliyi bildirib ki, həmin dənizçilər təcrid olunub və gəmidəki digər dənizçilər test ediləcək.

COVID-19 pandemiyası ilə bağlı təsis edilmiş Elmi Şuranın üzvü Lila Bouadma isə dünən “qara cümə axşamına hazırlaşırıq” deyə bu günün çətin olacağını bildirib.

AzərTAc bildirir ki, Fransada aprelin 15-dək uzadılan təcridolma rejiminin müddətinin artırılacağı gözlənilir. Aprelin 9-da Prezident Emmanuel Makron televiziya ilə xalqa müraciət edərək COVID-19 epidemiyası və onunla bağlı tətbiq edilən karantin rejiminin müddəti haqqında danışacaq. Bu COVID-19 epidemiyası başlayandan Fransa Prezidentinin xalqa 3-cü müraciəti olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144987

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930