ABŞ-da koronavirus dərmanı təsdiqləndi

02.05.2020 - 13:29

ABŞ-da “Remdesivir” antiviral pereparatının “Covid-19” xəstələrinin müalicəsində istifadəsinə icazə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası ( FDA ) açıqlama yayıb. “Remdesivir” antiviral pereparatının bir sıra xəstələrdə sağalma müddətini qısaltdığı müşahidə olunub. Belə ki, “Remdesivir” verilən xəstələrin orta hesabla 11 günə sağaldığı, plasebo verilən xəstələrdə isə bu müddətin 4 gün daha çox olduğu bildirilib. Qeyd olunub ki, eksperimental pereparat yalnız ağır vəziyyətdə olan xəstələrin müalicəsində istifadə olunacaq.

Dərman “COVID-19” xəstəliyinin ağır fazasında olan azyaşlılar və yetkinlərə verilməsinə icazə verilib.

Qeyd edək ki, “Remdesivir”, 2015-ci ildə Amerikanın dərman firması “Gilead Sciences Inc” tərəfindən hazırlanmışdır . Dərman bu günə qədər Afrikada Ebola epidemiyası zamanı sınaqdan keçirilmiş, həmçinin SARS və MERS infeksiyalarının müalicəsində istifadə edilmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145812

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930