Putin qəzəbləndi, məmurların “xəstə” olub-olmadığını soruşdu

04.06.2020 - 12:17

Rusiyanın Norilsk şimal şəhərindək istilik-elektrik stansiyasında baş vermiş qəza prezident Vladimir Putinin yerli məmurları bərk danlamasına səbəb olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putini hiddətləndirən məmurların qəza barədə iki gün sonra xəbər tutmasıdır.

Norilsk istilik-elektrik stansiyasının yanacaq rezervuarında mayın 29-da hermetiklik pozulub və böyük həcmdə dizel yanacağı ətrafa sızıb. Nəticədə stansiya ətrafında çirklənmə on min dəfələrlə artıb, dizel yanacağı qrunt sularına qarışıb və oradan çaylara sızıb.

TASS bildirir ki, Putin ötən gün iyunun 3-də videokonfrans rejimində keçirdiyi müşavirədə səlahiyyətli şəxslərə bərk qəzəblənib. Müşavirədə dövlət başçısına məruzə ediblər ki, fövqəladə hadisə haqda ancaq iki gün sonra məlum olub.

“Nəyə görə hakimiyyət orqanları bu haqda iki gün sonra eşidiblər? Nədir, biz indi fövqəladə hadisələr barədə sosial şəbəkələrdən öyrənməliyik? Sizin orada sağlamlığınızla bağlı hər şey qaydasındadır?”,-Rusiya prezidenti deyib.

Norilsk qubernatoru Aleksandr Ussanın məruzəsini dinləyən Putin onun situasiyanın nizamlanması üçün konkret təkliflərinin olmamasından hiddətlənib. “Bu nə deməkdir “məruzəni bitirmişəm?”. Bəs sonra nə edəcəksiniz? Siz axı qubernatorsunuz!”,-Putin ona reaksiya verib.

Rusiya rəhbəri FHN-in Norilskdə fövqəladə vəziyyət rejimi elan etmək təklifi ilə razılaşıb. O, dərhal dizel yanacağının sızmasının nəticələrini aradan qaldırmağı tələb edib. Habelə hüquq-mühafizə orqanlarına hadisə barədə məlumatın rəsmi orqanlara niyə iki gün sonra çatmasını araşdırmağı tapşırıb.

İlkin məlumatlara görə, rezervuarda çat Norilskdə əbədi buzlaqların əriməsi nəticəsində yarana bilərdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930