Rusiya hərbçiləri Bəşər Əsədin kortejinə atəş açdı, polkovnik onları döydü

04.06.2020 - 12:19

Rusiyanın Vladiqafaz qarnizon hərbi məhkəməsi 19-cu əlahiddə motoatacı briqadasının komandir müavini, polkovnik Yegveni Teleşovu tabeçiliyindəki hərbi qulluqçuları döydüyünə görə 350 min rubl cərimələyib. Bildirilir ki, hərbçilər ötən ilin yayında Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığındakı komanda məntəqəsində Bəşər Əsədin mühafizəçilərinin avtomobilinə atəş açıblar. Polkovnik isə bu insidentin ondan gizlədilməsinə görə qəzəblənərək tabeçiliyindəki hərbçiləri döyüb.

“Kommersant”ın yazdığına görə Teleşov həmin vaxt Suriyada ezamiyyətdə idi və Eş-Şol istiqamətində operativ qrupun rəisi vəzifəsini icra edirdi. O, məhkəmədə deyib ki, 2019-cu ilin may-iyul ayları ərzində məsul olduğu sahədə vəziyyət gərgin idi, komanda məntəqəsinə yaraqlılar tez-tez hücum edirdi. Teleşov Rusiya qoşunlaının qruplaşmasının komandanı, general Andrey Serdyukovdan öyrənib ki, onun tabeçiliyindəkilərdən biri döyüş postunda olarkən Suriya prezidentinin mühafizə xidmətinin avtomobilinə atəş açıb. Güllə avtomobilin şüşəsini deşib, amma zərərçəkən olmayıb.

İyulun 23-də polkovnik öz kabinetində tabeçiliyində olan iki hərbçini bu insidenti ondan gizlətdikləri üçün döyüb. Hər iki hərbçinin beyin sarsıntısı baş verib. Hərbi məhkəmə isə polkovnikin xidmətlərini və döydüyü hərbçilərin hər birinə mənəvi kompensasiya kimi 70 min rubl verdiyini nəzərə alaraq onu cərimə ilə cəzalandırıb.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147735

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930