Minlərlə insan Corc Floydun cənazə mərasiminə toplaşdı – FOTOLAR

07.06.2020 - 09:15

ABŞ-da polis zorakılığı üzündən ölən qaradərili Corc Floyd üçün bu dəfə Şimali Karolinada cənazə mərasimi keçirilib. Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, polisin dizi ilə onun boynunu sıxması nəticəsində dünyasını dəyişən qaradərili Corc Floydun Minnepolisdəki cənazə törəninin ardından doğulduğu Şimali Karolinada da ikinci mərasim keçirilib.

Beləliklə, Corc Floydun cənazəsi Şimali Karolinaya gətirilib. Onu anmaq üçün qohumları, dostları və minlərlə insan mərasimə toplaşıb.
Mərasimin keçiriləcəyi kilsə önünə minlərlə insan toplaşsa da, hər hansı bir aksiyanın keçirilməsinə yol verilməyib.

Məlumata görə, Corc Floydun cənazəsi son olaraq vətəni Texasa göndəriləcək. Orada cənazə mərasiminin iyunun 9-da keçiriləcəyi bildirilir.

Xalidə Gəray
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147886

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930