Erməni yalanı: deputat Evronestin sənədini necə təhrif etdi?

20.06.2020 - 22:15

Ermənistanın “news.am” saytı yazır ki, Avropa Parlamenti Şərq Tərəfdaşlığı qrupuna (Avropa İttifaqının bir qurumudur.  Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna Şərq Tərəfdaşlığına daxildir) rəsmi təklifi bəyənib.
Ermənistan parlamentinin üzvü Qayane Abrahamyan şənbə günü “Facebook” səhifəsində yazıb ki, Avropa Parlamenti ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş cəhdlərini dəstəkləyir. Münaqişənin həlli 2009-cu ildə ortaya qoyulmuş Əsas Prinsiplərə istinad etməlidir. Həmin prinsiplərə görə, münaqişə Beynəlxalq qanunlara, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında imzalanmış Helsinki aktının normalarına söykənməlidir.
Daha sonra isə erməni deputat yazır ki, Avronest Parlament Assambleyasının bürosu həmin sənədi çap edib. Elə ilk abzasda ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏK HÜQUQU (erməni deputat xüsusi qabaptmaq üçün cümlənin bu hissəsin böyük hərflərlə yazıb. E.H.) xüsusi vurğulanıb.

Maraqlandıq və sözü gedən sənədlə biz də tanış olduq. Bəli, orada öz müqəddəratını təyin etmək hüququ haqqında yazılıb. Ancaq sənəddə öz müqəddəratını təyin etmək hüququndan öncə daha önəmli məqamlar sıralanır. Sözügedən sənəddə abzas isə belədir: “Biz, Avronest Parlament Assambleyası Bürosunun üzvləri, kimlər ki Avropa Parlamentin və Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna parlamentləri nümayəndələrini təmsil edirlər, Şərq Tərəfdaşlığının əsasını təşkil edən dəyərlərə, yəni demokratiya, insan hüquqlarına və əsas azadlıqlara hörmət, qanunun aliliyi və yaxşı idarəetmə, suverenlik, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək hüququna hörmət edirik. Bunların hamısının qorunması və gücləndirilməsini istəyirik. Bu, təmsil etdiyimiz vətəndaşların maraqlarından irəli gəlir”.

Gördüyünüz kimi, Ermənistan parlamentinin deputatı erməniləri aldadır. Qıp-qırmızı yalan danışır. Mətndən də göründüyü kimi suverenlik və ərazi bütövlüyü öz müqəddəratını təyin etmək hüququndan öndə gəlir. Onu da qeyd edək ki, suverenlik fransız sözüdür və “ali hakimiyyət” deməkdir. Suverenlik dövlətin işinə hər hansı bir xarici müdaxiləni rədd edir. Dağlıq Qarabağ münaqişəsində isə Ermənistan Azərbaycana qarşı hərbi müdaxiləyə yol verib. Ən azı ona görə ki, Dağlıq Qarabağdan kənarda olan 7 rayonumuz da erməni işğalı altındadır.

Eyni məntiqlə Azərbaycanlı deputat yazmalıdır ki, həmin sənəddə ölkənin suverenliyi və ərazi bütövlüyünün önəmi elə ilk abzasda xüsusi vurğulanıb.

Həqiqət isə belədir ki, son vaxtlar Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə təcrid olumaqdadır. Bu proses o qədər birmənalıdır ki, ermənilərə bağlı Rusiyanın “REGNUM” saytı yazır: “ABŞ və Avropa İttifaqının razılığı ilə Azərbaycan Artsaxa qarşı müharibə başlayacaq”. Həmin yazının müəllifi Artaşes Qeqamyan təkid edir ki, Ermənistan Rusiya ilə birləşməli və Azərbaycanı müdafiə edən ABŞ və Avropa İttifaqına qarşı dirəniş göstərməlidir.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://news.am/eng/news/586606.html?__cf_chl_jschl_tk__

http://www.epgencms.europarl.europa.eu/cmsdata/upload/f6

https://regnum.ru/news/polit/2959453.html?fbclid=IwAR00jz

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148564

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930