Putin koronavirusa yoluxub? – ÖZÜ AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub. Publika.az xəbər verir ki, dövlət başçısı bu barədə “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” adlı verilişində deyib.
Jurnalistin tez-tez virusla bağlı test verirsiz sualına, Putin “Müntəzəm, hər üç-dörd gündə bir dəfə”, – deyə cavab verib. Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: “Allaha şükür, hələ ki, bəli yaxşıdır”.
Putin həmçinin ölkədəki epidemoloji vəziyyətə də diqqət çəkib: “Allaha şükür, indi epidemiya geri çəkilir və ölkədə vəziyyət yaxşılaşır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=148887