ABŞ daha bir rus kibercinayətkarı yaxaladı – O, şirkət rəhbərliyindən milyonlar qoparmaq istəyirmiş

26.08.2020 - 16:14

Ruisya Federasiyasının 27 yaşlı vətəndaşı Yeqor Kryuçkov ABŞ-ın Los-Anceles şəhərində həbs olunub.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə ABŞ Ədliyyə naziriylini syatında müvafiq informasiya yerləşdirilib.

Dövlət qurumunun məlumatına əsasən, Yeqor Kryuçkov ABŞ-a bu ilin iyul ayının 15-də turist vizası ilə gəlibmiş. Ölkədə olduğu vaxt o, Nevada ştatında yerləşən bir firmanın əməkdaşına öz iş kompüterinə ziyanverici proqram yükləməyi təklif edib. Bunun üçün Yeqor Kryuçkov hətta həmin adama 1 milyon dollar rüşvət verməyə hazır olduğunu söyləyib. Rusiyalı vətəndaş bunun sayəsində şirkətin sisteminə çıxış əldə edərək, firma rəhbərliyindən külii-miqdarda pul qoparmaq istəyirmiş.

Nəticədə FTB rus hakerin izinə düşüb. Yeqor Kryuçkov Nevada ştatının Rino şəhərindən Los-Ancelesə hərəkət edən zaman Büronun agentləri tərəfindən saxlanılıb.

Xatırladaq ki, FTB-nin “rus haker ovuna çıxdığı” ilk hadisə deyil. Bu ilin mart ayının 7-də Federal Təhqiqatlar Bürosu Nyu-Yorkun Con Kennedi adına hava limanında Kiril Firsov adlı kompüter piratını yaxalamağa müvəffəq olmuşdu. Kirill Firsov hakerlərin sındırdıqları akkauntların və oğurlanan mühüm informasiyaların satıldığı internet-maqazinlərin yerləşdirildiyi “Deer.io” adlı onlayn-platforma açıbmış.

FTB “Deer.io” kiberplatformasının Rusiyada yerləşdiyini, onun haker satışlarından 20 milyon dollardan çox pul qazandığını təsbit edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153073

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930