Rusiyada 1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub
Rusiyada son sutka ərzində 4 min 995 nəfər COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 milyon 9 min 995 nəfər təşkil edib.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin sentyabrın 2-də Rusiyada koronavirus infeksiyası səbəbindən 114 nəfər dünyasını dəyişib və ölənlərin sayı 17 min 528 nəfərə çatıb. Eyni zamanda, ölkədə 826 min 935 nəfər COVID-19 xəstəliyindən sağalıb, 165 min 532 nəfərin müalicəsi davam edir, 2 min 300 xəstənin vəziyyəti isə ağır qiymətləndirilir.
Rusiya COVID-19 xəstəliyinə yoluxanların sayına görə dünyada 4-cü, ölənlərin sayına görə isə 12-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mart ayının 11-də yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=153545