Yaponiyanın mərkəzi hissəsində baş verən zəlzələ nəticəsində xəsarət alanlar var

04.09.2020 - 10:28

Avqustun 4-də Yaponiyanın mərkəzi hissəsində baş vermiş 5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Fukui prefekturasının Yapon dənizi sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Kyodo agentliyini yaydığı məlumata görə, zəlzələnin əmələ gətirdiyi titrəyişlər nəticəsində yıxılan iki yaşlı körpə və 80 yaşlı qadın müxtəlif dərəcəli xəsarət alıblar.

Bununla yanaşı, ərazidə yerləşən atom elektrik stansiyasında ştatdankənar vəziyyətin qeydə alınmadığı bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153587

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031