Aİ Belarus rəsmilərinə sanksiya tətbiq edəcək

07.09.2020 - 16:06

Avropa İttifaqı (Aİ) Belarusda son prezident seçkilərinin nəticələrini saxtalaşdırdıqlarına və etirazçılara qarşı zorakılıq əməllərinə görə bu ölkənin 31 rəsmi şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, diplomatik mənbələrə görə, məhdudlaşdırıcı tədbirlər görüləcək 31 yüksək vəzifəli şəxs arasında Belarus xarici işlər naziri Yuriy Karayev də var.

Belə ki, dünən nazir ölkəsinin polisini “dünyanın ən humanist və təmkinli” olaraq səciyyələndirib.

Eyni zamanda hələ tam qətiləşməyən həmin siyahının ilkin variantında prezident Aleksandr Lukaşenkonun adı yoxdur.

İqtisadi sanksiyaların tətbiqi Aİ ölkələrinin xarici işlər nazirləri arasında sentyabrın ayın 21-nə nəzərdə tutulan görüş zamanı qərarlaşdırıla bilər. Sanksiyalar ertəsi gün qüvvəyə minəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031