Tibb üzrə Nobel mükafatının laureatı bəlli oldu -bu dəfə də amerikalılar qazanıb
Bu il Tibb üzrə Nobel mükafatının laureatları bəli olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı məlumat Nobel Komitəsi tərəfindən yayılıb.
Verilən informasiyaya əsasən, bunlar Harvi Alter, Maykl Hauton, Çarlz Raysdır.
Adları çəkilən alimlər “Hepatit C” virusunun tədqiqatına görə ali mükafata layiq görülüblər.
Qeyd edək ki, fizika üzrə mükafatçıların adları bu ilin oktyabrın 6-da bəlli olacaq. Oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da isə sülhün bərqərar olunmasına görə ödül sahiblərinin isimləri elan ediləcək.
Ötən il də Tibb sahəsində “Nobel” amerikalı alimlər- Uilya Kelin, Qreqq Semenzaya, habelə britaniyalı Piter Retkliffə nəsib olmuşdu. Onlar hüceyrələrin oksigenin müxtəlif səviyyəsinə görə reaksiyasını araşdıraraq, bunun sayəsinə anemiya, xərçəng və digər xəstəliklərlə mübarizəyə böyük töhfə veriblər.
2018-ci ildə isə Fiziologiya və tibb üzrə Nobel mükafatı xərçəngin müalicəsi sahəsindəki xidmlətlərinə görə immunoloqlar Ceyms Ellison (ABŞ) və Tasuku Hondzöyə verilmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=155453