“Mənim ölümüm heç nəyi dəyişdirməyəcək”- Aleksey Navalnı Kremlə meydan oxudu

07.10.2020 - 16:23

Rusiya müxalfətinin lideri Aleksey Navalnı Almaniyada gördüyü reabilitasiya müalicəsindən sonra Qərb kanallarına müsahibə verməkdə davam edir.

Bu dəfə o, BBC-nin Rusiya xidmətinə və “Mediazona” saytına hazırkı vəziyyəti barədə danışıb.

Aleksey Navalnı burada da başına gələn zəhərlənmə hadisəsinin “xüsusi təşkil olunmuş sui-qəsd” olduğunu iddia edib. Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları qəsdən onun Omskdakı qan testlərini, habelə paltarındakı izlərin analizlərini, tibbi qeydləri təqdim etməkdən boyun qaçırır və üstəlik, həmin işlə bağlı bütün maddi sübutlar da yoxa çıxıb.

Rus siyasətçi Almaniyada qalmaq fikrinin olmadığını, lakin bunu ən çox Rusiya hakimiyyətinin istədiyini söyləyib. “Mənim xarici emiqrant kimi qalmağım onlara daha çox sərf edir”,-deyə o qeyd edib.

Aleksey Navalnı Rusiyada siyais sitemdə dəyişikliklər gətirmək istədiyini, bunu yolunun müstəqil məhkəmələrin, qurulmasından, habeə şəffaf ssçkilərin təşkil olunmasından keçdiyini vurğulayıb. Bundan başqa, o, hazırkı iqtidarda korrupsiyaya bulaşmış dövlət məmurlarının məsuliyyətə cəlb olunacağını vəd edib.

Rusiyalı siyasətçi bundan sonra da həyatına ola biləcək təhlükələrdən qorxmadığını bildirib.

“Mənim ölümüm heç nəyi dəyişməyəcək. Sadəcə, efirdə “Salam, bu Navalnı…” deyən olmayacaq”,-deyə o söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155614

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930