Monteskyu: “Fransa tərəfkeşlik edərsə, həmsədrlikdən getməli olacaq”

02.12.2020 - 16:14

Fransa senatının fəxri senatoru: “BMT-nin tanıdığı sərhədləri özbaşına necə-gəldi dəyişmək mümkün deyil“

“Fransada Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe dini ayrı-seçkilik zəminində baş verir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Fransanın fəxri senatoru Aymeri de Monteskyu (Aymeri de Montesquiou) bildirib.

O, Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədin qanun olmadığını deyib: “Bu, sadəcə, bir qətnamədir. Parlamentdə səsvermə keçirilən zaman insanlar istər-istəməz söhbətin qanundan getdiyini düşünürlər. Bu sənəd isə ictimai fikrə əsaslansa da, qanunla heç bir əlaqəsi yoxdur. Senatda sənədin qəbulu vaxtı hökumətdə bu məsələ ilə məşğul olan şəxsin müxalif qüvvələrdən olmasına heç bir şübhəm yoxdur. Sənədin Fransa Milli Assambleyasında səsverməsi Senatdakından tamamilə fərqli olacaq“.

A.Monteskyu Fransada Dağlıq Qarabağ münaqişəsində ictimai fikrin yalnış olaraq ermənilərə haqq verməsinin səbəblərinə də toxunub: “Fransada dini ayrı-seçkilik baş verməsi səbəbindən ictimai fikir xristian olan ermənilərə üstünlük verir. Səhvən Ermənistanla Azərbaycan arasında baş verən bu münaqişəyə də dini aspektdən yanaşılır. Fransalılar xristian olan erməniləri müdafiə etməyə çalışırlar. Bu məsələdə Fransadakı ədalətsiz mövqe məhz dini ayrı-seçkilik zəminində baş verir. Lakin bununla bərabər unutmayaq ki, bu məsələdə söhbət beynəlxalq hüquq normalarından gedir və BMT-nin tanıdığı sərhədləri özbaşına dəyişmək mümkün deyil”.

Sabiq senator Fransada hökumətin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədi nəzərə almayacağına əmin olduğunu vurğulayıb: “Bu sənədi siyasiləşdirmək yanlış olar. Çünki Fransa hökuməti münaqişədə olan tərəflərin birinin, yaxud digərinin tərəfini saxladığını nümayiş etdirən bir hala hələlik yol verməyib. Əgər hökumət iki ölkədən birinin tərəfini tutarsa, Minsk qrupunun üzvlüyündən getməli olacaq. Hökumətin bu qətnamənin arxasınca getməyəcəyinə əminəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157945

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930