Almaniya Belarus müxalifətinə 21 milyon avro ayırır

07.02.2021 - 14:20

Almaniya Belarus müxalifətinin dəstəklənməsi üçün 21 milyon avro pul ayıracaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Belarusla həmrəylik” adı altında onlayn-konfransda çıxış edən Almaniya xarici işlər naziri Hayko Maas məlumat yayıb.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti Aleksandr Lukaşenko əleyhdarlarının dəstəklənməsi üçün fəaliyyət planı belə qəbul edib. Burada müxalif şəxslərə sığınacaq verilməsi, onlara tələbə bursları ayrılması, müstəqil mətbuata maddi yardım göstərilməsi və s. daxildir.

“Əmin olun ki, Almaniya və Avropa Birliyi sizin arxanızdadır. Biz Lukaşenko və onun rejiminə sanksiyalar tətbiq etmişik. Bunu üçün “Belarus vətəndaş cəmiyyəti” adı altında fəaliyyət planı hazırlayaraq, 21 milyon avro pul ayırmışıq. Biz insan hüquqlarını kütləvi şəkldə pozan şəxləsər qarşı mexanizm quracayıq. Bir gün onlar etdiklərinə məsuliyyətə cəlb olunaqlar. Belarus xalqının demokratiya, azadlıq və qanunun aliliyini hökm sürdüyü ölkədə yaşayacağı gün gələcək”,-deyə nazir belaruslu müxalifətçilərə səslənib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160770

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930