İranda koronavirusun dördüncü dalğası başladı – Ruhani ELAN ETDİ

03.04.2021 - 17:20

 

İranda koronavirusun dördüncü dalğası başladı - Ruhani ELAN ETDİ

 

İranın iki əyalətində koronavirusun yayılmasının dördüncü dalğası başlayıb.

Bu barədə İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.

“Təəssüf ki, iki vilayətdə dördüncü dalğa başlayıb və tibbi protokollara riayət edilməyəcəyi təqdirdə bu, bir sıra digər vilayətlərdə də başlaya bilər”, – Ruhaninin Mətbuat xidməti onun sözlərindən sitat gətirib. O, hansı vilayətlərdən söhbət getdiyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, son günlərdə İranda koronavirusa yoluxma sayında artım müşahidə olunur. Aprelin 1-də dekabrın əvvəlindən bəri ilk dəfə ölkədə gündəlik 11 mindən çox yeni yoluxma aşkar edilib. Rəsmi statistikaya əsasən, aprelin 2-nə olan məlumata görə, İranda yoluxmuş insanların ümumi sayı 1 908 974-ə, ölənlərin sayı isə 62 876-ya çatıb, respublikada ümumilikdə 1 633 949 nəfər virusdan sağalıb. (

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161958

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930