“İçəri girən kimi soruşdular: pulunuz var?…” – Koronavirusa yoluxan ukraynalı jurnalist

03.04.2021 - 17:21

 

“İçəri girən kimi soruşdular: pulunuz var?...” - Koronavirusa yoluxan ukraynalı jurnalist

 

Ukraynanın “5-ci kanal” televiziyasının əməkdaşı, bir qrup xarici jurnalistlə birlikdə Azərbaycana gələn və işğaldan azad edilmiş ərazilərdən reportaj hazırlayan Yevgeniya Kitayeva ezamiyyət zamanı koronavirusa yoluxub. Və Bakıdakı xəstəxanalardan birində müalicə olunub.

Kitayeva ölkəsinə qayıdandan sonra virusdan necə müalicə olunduğu haqda danışıb. Bildirib ki, iki həftəyə yaxın Bakıdakı yeni tikilmiş xəstəxanalardan birində müalicə olunub. Və azərbaycanlı həkimlərin koronavirusa yanaşması onu müsbət mənada heyrətləndirib. Çünki Azərbaycanda hətta yüngül simptolu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər.

Jurnalist danışır ki, Bakıdan uçmazdan iki gün əvvəl bütün qrup koronavirus testi vermişdi. Yevgeniyada testin nəticəsi müsbət olub. “Təcili yardım maşını gəldi, içindən iki “mələk-kosmonavt” çıxdı və dedi: “Yevgeniya Kitayeva, xahiş edirik əyləşin. Bu qorxulu idi, mən sadəcə olaraq şokda idim”.

Bir saat sonra onu Bakıda yeni açılmış klinikalardan birinə aparıblar. “Mən əlimdə çantalarla qeydiyyata yaxınlaşıram. Məndən soruşurlar: pulunuz var? Beynimdə hesablamağa çalışıram, nə qədər pulum var deyə. Deyirəm: nə qədər lazımdır? Onlar deyirlər: yox, pul bizə lazım deyil, əgər bizə pasiyent cibində pulla gəlirsə biz o pulu götürüb saxlayırıq, çünki korrupsiya ilə belə mübarizə aparırıq. Bəs sizdə qızıl da var? Onu da götürəcəyik”,-ukraynalı jurnalist bildirir.

Yevgeniyanı ayrıca palataya yerləşdiriblər və ona virus əleyhinə tabletkalar veriblər. Lakin kömək eləməyib, temperatur 38 dərəcəyə qalxıb. Bu zaman pasiyentə sistem köçürməyə başlayıblar, gündə iki dəfə. Temperatur 5 gün davam edib. “Məni heyrətləndirən bu idi ki, hər saat yarımdan, 2 saatdan bir yanıma ayrıca tibb bacısı gəlirdi, xüsusi aparatla təzyiqimi, nəbzimi, temperaturumu ölçürdü. Tibb personalının öhdəlikləri fərqlənir. Kimin nəyə cavab verdiyini fərqləndirmək olur, onlar formalarındakı rənglə bilinirlər”,-jurnalist deyir.

Müalicənin altıncı günü pnevmoniya müşahidə edilməyib, amma həkim yüngül xışıltı eşidib. Bu zaman xüsusi qurğu ilə müalicə proseduru tətbiq ediblər. 12-cü gün jurnalisti xəstəxanadan buraxıblar. O, martın 11-də ölkəsinə geri qayıdıb…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161961

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930