Türkiyənin aşkarladığı qazın həcmi AÇIQLANDI

26.11.2021 - 10:09

Türkiyə Petrolları Anonim Ortaqlığı Şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib.

 

Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir. Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə isə ilk təbii qazın verilməsi 2023-cü ilə planlaşdırılır. Hazırda son məlumat olaraq Türkiyə Petrolları Anonim Ortaqlığı Şirkəti Qara dənizdəki “Sakarya” qaz yatağında “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.

 

Məlumatda müəyyən olunan səviyyədə sutka ərzində 0,67 milyon kubmetr qazın ötürüldüyü bildirilir.

 

Eyni quyuda aparılan digər sutkalıq sınaqlarda, iyulun 28-də 0,75 milyon, avqustun 31-də isə 0,63 milyon kubmetr qaz axını müşahidə olunub. Beləliklə, “Türkali-2” quyusunun ümumilikdə 2,05 milyon kubmetr qaz axını potensialına malik olduğu müəyyən edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168391

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031