Putin 500 jurnalist üçün mətbuat konfransı KEÇİRƏCƏK

01.12.2021 - 18:15

Rusiya prezidenti Vladimir Putin dekabrın 23-də ənənəvi illik geniş mətbuat konfransı keçirəcək.

 

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Prezident jurnalistlərin yanına gələcək, KİV nümayəndələri həmişə olduğu kimi sərbəst şəkildə dövlət başçısına suallar verəcəklər”, – Kreml sözçüsü bildirib.

 

Peskov deyib ki, koronavirusla bağlı tədbirlərlə əlaqədar jurnalistlərin sayı 500 nəfərlə məhdudlaşdırılacaq, karantinin bütün tələblərə əməl ediləcək.

 

O əlavə edib ki, bu səbəbdən mətbuat konfransı Dünya Ticarət Mərkəzində deyil, Manejdə təşkil olunacaq. İştirakçıların sayı məhdudlaşdırıldığından tədbirə sərbəst akkreditasiya olmayacaq.

 

D.Peskov əlavə etdi ki, mətbuat konfransında iştirak üçün üç PCR testi aparılmalıdır. Akkreditasiya xidməti dekabrın 1-dən redaksiyalarla təmaslara başlayacaq.

 

Prezident Vladimir Putinin böyük mətbuat konfransı 2001-ci ildən etibarən hər ilin dekabrında tədbirdir. Bir qayda olaraq, dövlət başçısı ilk növbədə əsas iqtisadi və sosial göstəriciləri açıqlayır. Daha sonra jurnalistlərə sual vermək imkanı yaradılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168527

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930