Rusiya qoşunları da Qazaxıstandan ÇIXDI

15.01.2022 - 13:24

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələri tərkibində olan Rusiya sülhməramlıları bu gün Qazaxıstandan çıxıb.
Rusiya qoşunları Qazaxıstanı təyyarələrlə tərk edib.

“Qazaxıstandakı Rusiya sülhməramlılarının bölmələri hərbi texnikanı İl-76 və An-124 hərbi təyyarələrinə yükləyib və Almatıdan uçublar.

On beş İl-76 və üç An-124 təyyarəsi İvanovo və Moskva vilayətlərindəki aerodromlara desant bölmələrinin şəxsi heyətini və texnikasını çatdıracaq. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar”, – deyə xəbərdə bildirilir.

 

Qazaxstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra yardım üçün KTMT-yə müraciət etmişdi.

 

Yanvarın 13-də KTMT missiyasının Qazaxıstanda başa çatması elan edildi. Dünən Ermənistan və Tacikistan sülhməramlıları vətənlərinə qayıdıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=169518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728