Ukrayna ordusu 5 yaşayış məntəqəsini azad etdi
Ukrayna ordusu Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, əks-hücum əməliyyatı nəticəsində Zaporejyenin Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb.
“Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu, bizim üçün vacibdir”, – açıqlamada deyilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=172504