Trampın qızı Kapitoliyə hücuma görə 8 saat dindirildi

06.04.2022 - 13:00

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Kapitoli binasına hücumun təhqiqatı ilə məşğul olan komitəyə səkkiz saat ifadə verib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Qanunvericilər İvanka Trampın suallara geniş cavab vermədiyi barədə qısa şərhlə kifayətlənib.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Donald Trampın tərəfdarları Demokratlar Partiyasının namizədi Cozef Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinin təsdiqlənməsini pozmağa cəhd edərək Konqresin binasına soxulub.

Nümayəndələr Palatasında yaradılan İstintaq Komitəsi artıq yüzlərlə insanı bağlı qapılar arxasında dindirib və arxivdən Ağ Evin sənədlərini tələb edib. Komitə, həmçinin Donald Trampın ifadə verməkdən imtina edən iki sabiq müşaviri – Stiven Bannon və Mark Medouzun cinayət təqibinə başlayıb.

Martın əvvəlində İstintaq Komitəsi Donald Trampın seçkilərin nəticələrini ləğv etmək üçün cinayət və ya saxtakarlıq etmiş ola biləcəyini bəyan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172966

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930