ABŞ Rusiya banklarına tam bloklayıcı sanksiyalar tətbiq etdi – YENİLƏNİB

06.04.2022 - 19:35

ABŞ Rusiyanın “Alfa-Bank” və “Sberbank”ına qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ administrasiyasında təmsil olunan şəxs məlumat verib.

Məlumatda qeyd olunur ki, artıq Rusiyanın ən böyük bankları və Mərkəzi Bankı ABŞ-la hər hansı bir maliyyə, köçürmə və sair fəaliyyətləri icra edə bilməyəcək.

10:21

ABŞ-ın tətbiq edəcəyi yeni sanksiyalar Rusiyanın “Alfa-Bank”ına da təsir edəcək. Amma məhz hansı sanksiyaların nəzərdə tutulduğu barədə dəqiq məlumat verilmir. Əvvəllər “Alfa-Bank” ABŞ tərəfindən müxbir hesablara məhdudiyyətlər nəzərdə tutan CAPTA (Müxbir Hesab və ya Ödənişli Hesab Sanksiyaları) siyahısına əlavə edilmişdi.

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların aprelin 6-da qüvvəyə minəcəyini təsdiqləyib.

Planlaşdırılan sanksiyalar barədə daha əvvəl “Reuters” məlumat yaymışdı. Agentliyin xəbərinə görə, yeni sanksiyalar Rusiyaya bütün yeni investisiyaların qadağan edilməsini, həmçinin Rusiya maliyyə institutlarına təzyiqin artırılmasını ehtiva edir. Mənbə həmçinin dövlət müəssisələri, vəzifəli şəxslər, eləcə də onların ailə üzvlərinin də sanksiyalara məruz qala biləcəyini əlavə edib.

Bundan əvvəl “Alfa-Bank”ın təsisçisi Mixail Fridman sanksiyalara görə Londonda nağd pulsuz qaldığını və hətta xadimənin pulunu belə verə bilmədiyini bildirmişdi.

Mənbə: “The Wall Street Journal”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930