Makron prezident seçkilərində səs verib

10.04.2022 - 15:10

Fransanın hazırkı Prezidenti Emmanuel Makron prezident seçkilərinin birinci turu zamanı dənizkənarı Le-Tuke şəhərinin (ölkənin şimalında) meriyanın müvəqqəti binasında səs verib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə BFM kanalı məlumat verib.

Dövlət başçısı xanımı Bricit Makronla ailənin bağ evinin olduğu kommunada seçki məntəqəsinə qoruyucu maskasız gedib. Onlar binanın yaxınlığında yerli sakinlərlə söhbətləşiblər. Makron seçkilərin ilk turunda iştirak edən namizədlər arasında sonuncu səs verib.

Onun əsas rəqibi olan “Milli Assosiasiya”nın namizədi Marin Le Pen Pas-de-Kalenin eyni departamentində, lakin parlamentdə təmsil olunduğu başqa kommunada – Enen Bomonda səs verib.

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir. 70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb, lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq. Əksər yaşayış məntəqələrində onlar seçiciləri saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.

Seçkilərdə səs vermək üçün Fransa vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.

Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.

Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı “Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, “Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.

Seçkilərdə əsas rəqabətin ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı, prezidentliyə ikinci dəfə namizəd olmuş Emmanuel Makron arasında gedəcəyi proqnozlaşdırılır.

Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930